"Tülüşah" bitkisinə zərər verən 557 min lirə cərimə ödəyəcək
Aydın İl Jandarma Komandanlığının Ətraf Mühit, Təbiət və Heyvanları Qoruma Timi tərəfindən vətəndaşlara xəbərdarlıq edilib: Tülüşah bitkisinin qoparılması və ya zərər verilməsi halında 557 min 212 TL məbləğində inzibati cərimə tətbiq olunacaq.
Açıqlamada vətəndaşların təbiətə və bioloji müxtəlifliyə qarşı daha həssas yanaşmalı olduqları vurğulanıb. Qurum əməkdaşları bölgədə maarifləndirmə fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər.
Haber Global
Xəlilli Nigar