Türk Hava Yollarında təyyarə alışı planları nələrdir?
ABŞ Prezidenti Donald Tramp bildirib ki, 25 sentyabrda Prezident Rəcəb Tayyib Ərdoğanla keçirəcəyi görüşdə “iri miqyaslı Boeing təyyarə satışı” məsələsini də müzakirə edəcəklər.
Türkiyə tərəfindən isə potensial alımla bağlı rəsmi açıqlama verilməyib. Prezident Ərdoğan 19 sentyabrda Ağ Evə edəcəyi səfəri açıqlayarkən, “Ticarət, sərmayə və müdafiə sənayesi də daxil olmaqla bir çox məsələləri müzakirə edəcəyik”,- deyib, amma detalları paylaşmayıb.
Son günlər beynəlxalq və yerli mətbuatda Türkiyənin Boeing-dən 200-dən çox təyyarə sifariş verəcəyi ilə bağlı xəbərlər yer alıb. Türk Hava Yollarının (THY) İdarə Heyətinin sədri Ahmet Bolat isə 2024-cü ilin iyununda Dubayda verdiyi açıqlamada Boeing ilə 250 təyyarə alınması üçün “irəliləmiş” danışıqlar apardıqlarını söyləyib.
BBC News
Fatimə Heydərova