00:00:00
Yazar
Admin User
13.09.2025 07:55 102 1 dəq oxuma
Dünya

Türkiyə Aİ-nin yenidən silahlanma proqramlarında iştirak etməyə hazırıdr

Türkiyə Aİ-nin yenidən silahlanma proqramlarında iştirak etməyə hazırıdr

 

Türkiyə Avropa İttifaqının kredit fondunun proqramlarında iştirak etmək üçün rəsmi ərizə təqdim edib. Bu çərçivədə ayrılacaq vəsait kollektiv silah tədarükünə yönəldilməlidir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “STAR” qəzeti Aİ-nin yeni fondunun 150 milyard avro məbləğində qiymətləndirildiyini xatırladaraq yazır.

 

Əsasən, bu proqram raketlərin, raket əleyhinə müdafiə sistemlərinin, pilotsuz uçuş aparatların, sursatların, quru qoşunları üçün avadanlıqların, mühüm infrastruktur elementlərinin, mühafizə vasitələrinin tədarükünə aid olacaq.

 

Nəşr qeyd edir ki, Türkiyə ilə yanaşı, Cənubi Koreya da Avropa İttifaqının kredit fondunun proqramlarında iştirak etməyə can atır.

 

Hər iki ölkənin müraciətləri Aİ Şurası üçün tövsiyələr hazırlayacaq Avropa Komissiyası tərəfindən nəzərdən keçirilir.

 

Nəşr qeyd edir ki, Türkiyənin Yunanıstan və yunan Kipri ilə münasibətlərində yaranan gərginlik fonunda Seulun xeyrinə qərar daha mümkün görünür.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər