00:00:00
Yazar
Admin User
02.09.2025 12:50 96 1 dəq oxuma
Dünya

Türkiyə ATƏT-in Minsk qrupunun buraxılması qərarını alqışlayır

Türkiyə ATƏT-in Minsk qrupunun buraxılması qərarını alqışlayır

Ankara, Azərbaycan və Ermənistan arasında münaqişənin, həmçinin Qarabağ məsələsinin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun buraxılması qərarını məmnuniyyətlə qarşılayıb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:


“Biz ATƏT Nazirlər Şurasının 2025-ci il sentyabrın 1-də Minsk qrupu və onun altstrukturlarının buraxılması barədə qərarını alqışlayırıq. İki ölkənin birgə səyləri sayəsində mümkün olan bu tarixi addım Azərbaycan və Ermənistan arasında sülh prosesinin mühüm mərhələlərindən birini təşkil edir”, – bəyanatda qeyd olunur.


1992-ci ildə Qarabağ münaqişəsinə həll yolu tapmaq üçün yaradılan Minsk qrupu fəaliyyət göstərdiyi bütün dövr ərzində problemin həllinə nail ola bilməyib. Qrupun həmsədrləri Rusiya, ABŞ və Fransa olub.


Anadolu Agency
Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər