00:00:00
Yazar
Admin User
09.10.2025 16:55 116 1 dəq oxuma
Siyasət

Türkiyə-Azərbaycan-Gürcüstan Müdafiə Nazirlərinin üçtərəfli görüşü keçirilib

Türkiyə-Azərbaycan-Gürcüstan Müdafiə Nazirlərinin üçtərəfli görüşü keçirilib

Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin birgə mətbuat konfransı Ankarada keçirilib. Mərkəzi Ordu Evində keçirilən birgə mətbuat konfransında Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Gürcüstanın müdafiə naziri İrakli Çikovani iştirak ediblər.

 

Zakir Həsənov məhsuldar üçtərəfli görüş keçirdiklərini bildirərək, bu cür görüşlərin artıq ənənə halını aldığını qeyd edib.

 

O, üç ölkə liderləri arasındakı sıx əlaqələrin və daimi təmasların dövlətlərarası münasibətlərin daha da inkişafına təkan verdiyini vurğulayıb. Həsənov bildirib ki, görüş zamanı ikitərəfli və üçtərəfli formatda əlaqələrin inkişaf perspektivləri, tədbirlərin səmərəliliyi, bölgədəki hərbi-siyasi proseslər və tərəfləri maraqlandıran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

 

TRT XƏBƏR

Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər