Türkiyə belə bir plan üzərində işləyir
Hazırda ABŞ hesab edir ki, Ukrayna ilə Rusiya arasında tam atəşkəs yalnız çərçivə sazişinin imzalanmasından sonra mümkündür. Bununla belə, Vaşinqton ayrı-ayrılıqda enerji atəşkəsini nəzərdən keçirmir.
"İnformator.az" xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərlə görüşü zamanı deyib.
"Amerika Birləşmiş Ştatları Rusiya tərəfi ilə dəfələrlə danışıqlar apardıqdan sonra hesab edir ki, tam atəşkəs yalnız çərçivə sazişinin imzalanması ilə baş verə bilər. Mənim fikrimcə, heç kimə sirr deyil ki, heç bir razılaşma olmasa, ruslar yalnız enerji atəşkəsi ilə razılaşmayacaq", - deyə Zelenski bildirib.