00:00:00
Yazar
Admin User
29.10.2025 17:37 195 4 dəq oxuma
Dünya

Türkiyə Cümhuriyyətinin qurulmasından 102 il ötür

Türkiyə Cümhuriyyətinin qurulmasından 102 il ötür

1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Elşad Paşasoy “İnformator.az”a açıqlamasında bildirib ki, bu hadisə türk dünyası üçün çox mühüm bir hadisədir:

 

“Heç şübhəsiz ki, 1923-cü ilin 29 oktyabrında Türkiyə Böyük Millət Məclisinin Türkiyə Cümhuriyyətini elan etməsi təkcə Türkiyə üçün deyil, bütövlükdə türk dünyası üçün çox böyük tarixi əhəmiyyətə malik hadisədir. O vaxt Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Osmanlı imperiyasının varisi kimi Türkiyə Cümhuriyyətinin elan olunması, Türkiyənin, türk xalqının və bütün türk dünyasının yeni mərhələyə qədəm qoyması, varlığını bir daha dünyaya sübut etməsi baxımından son dərəcə vacib bir tarixi hadisə idi.

Təsəvvür edək ki, əgər Türkiyə Cümhuriyyəti Birinci Dünya müharibəsindən sonra məğlub və ağır vəziyyətdə olan bir ölkə kimi ayaqda qala bilməsəydi və Mustafa Kamalın rəhbərliyi altında öz varlığını yenidən sübut edə bilməsəydi, o zaman 1920-ci il avqustun 10-da Paris yaxınlığındakı Sevr şəhərində imzalanan Sevr müqaviləsi əsasında Türkiyənin gələcəyi ciddi şəkildə sual altında qalacaqdı.

Müzakirə edilən həmin müqavilədə Türkiyənin 50 min nəfərlik ordudan artıq ordu saxlaya bilməməsi, bir sıra ərazilərin Yunanıstana və Ermənistana verilməsi, Türkiyənin Kipr adası üzərindəki iddiasından imtina etməsi, “Kürdüstan dövləti”nin yaradılması kimi müddəalar bu ölkəyə qarşı yönəlmiş zərbələr idi və Türkiyənin gələcəyinə ciddi təhlükə yaradırdı.

Lakin Türkiyənin özünə gəlməsi və 1915–1916-cı illərdə Çanaqqala döyüşlərində yenidən ayaqda qalması, mübarizə ruhunu qoruması, sonrakı illərdə – 1919–1923-cü illərdə davam etdirdiyi İstiqlal mübarizəsini Cümhuriyyətin elan edilməsi ilə başa vurması, onun xilas yolu oldu.

 

Təsadüfi deyil ki, Türkiyənin bu böyük zəfərindən sonra Sevr müqaviləsinin qüvvəsi sarsıldı və onu əvəz edən Lozanna müqaviləsi imzalandı. Bu sənədlə Türkiyəyə qarşı qurulmuş xəyanət dolu planların qarşısı alındı.

Cümhuriyyət elan olunduqdan sonra Atatürkün rəhbərliyi ilə Türkiyə bütün istiqamətlərdə sistemli şəkildə islahatlara başladı. İlk olaraq türk dili dövlət dili kimi qəbul edildi, ərəb qrafikasının yerinə latın qrafikası tətbiq olundu. Eyni zamanda siyasi, iqtisadi və mədəni sahələrdə müasir və dünyəvi ideyaların həyata keçirilməsi istiqamətində addımlar atıldı.Atatürkün “Yurdda sülh, cihanda sülh” şüarı bütün bəşəriyyətə sülh çağırışı kimi səsləndi və dünya dövlətləri tərəfindən qəbul edildi. Bu, Türkiyə üçün yeni bir mərhələnin başlanğıcı oldu. Təsadüfi deyil ki, qurulmuş bu möhkəm təməl əsirlik dövründən bu günə qədər mövcudluğunu qoruyub saxlayıb. Osmanlı imperiyasının varisi olan Türkiyə bu gün çox güclü bir dövlət kimi qəbul olunur və onunla hədə, təhdid dili ilə danışmaq artıq mümkünsüzdür.

Bir əsr əvvəl Mustafa Kamalın rəhbərliyi altında çox çətin dövrlərdən keçən Türkiyə sonrakı dönəmlərdə də çoxsaylı haqsızlıqlara və ədalətsizliklərə məruz qaldı. Dövlətin suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş təcavüzlər, həmçinin ölkə daxilində və xaricində yaradılan terror təşkilatlarının törətdiyi zərbələr və onların yaratdığı ağrılı nəticələr yaxın keçmişdə acı xatirə olaraq qalır.

Lakin qardaş Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu maneələri dəf edə bildi. Təsadüfi deyil ki, PKK və digər terror təşkilatlarının zərərsizləşdirilməsinə, onların liderlərinin ya məhv edilməsinə, ya həbs olunmasına, ya da təslim olmasına nail olundu. Yaxınlarda isə PKK rəsmi şəkildə Türkiyədən çıxdığını və artıq bu ölkədə fəaliyyət göstərmədiyini etiraf etdi".

 

Eyni zamanda, şərhçi bildirib ki, qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olub:

 

“Təsadüfi deyil ki, qurulmuş bu möhkəm əsaslar əsirlik dövründən bu günə qədər mövcud olmuşdur. Osmanlı imperiyasının varisi olan Türkiyə bu gün çox güclü bir dövlət kimi qəbul olunur və onunla hansısa hədə və ya təhdid dili ilə danışmaq mümkünsüzdür.

Bir əsr əvvəl Mustafa Kamalın rəhbərliyi altında çox çətin dövrlərdən keçdiyi kimi, Türkiyə sonrakı illərdə də çoxsaylı haqsızlıqlara, ədalətsizliklərə məruz qaldı. Dövlətin suverenliyinə və ərazi bütövlüyünə qarşı təcavüzlər, eləcə də daxildə və xaricdə yaradılan terror təşkilatlarının törətdiyi zərbələr ağrılı xatirələr kimi yadda qalıb.

Dünyanın bir çox ölkəsində yaşayan türk soydaşlarımız Türkiyəyə uzun illər ümid yeri kimi baxıblar. Bu ümid, Azərbaycanın böyük zəfər əldə etməsində, Türkiyənin hər zaman bizimlə çiyin-çiyinə olması və işğala qarşı qəti mövqe nümayiş etdirməsi ilə daha da möhkəmlənib.

Bu gün soyqırıma və qətliamlara məruz qalmış Azərbaycan türkləri Türkiyənin bu mövqeyinə görə onu daim hörmət və minnətdarlıqla xatırlayır.

Eyni zamanda, Azərbaycan Cümhuriyyət uğrunda döyüşlərdə və erməni-daşnak quldur dəstələrinə qarşı mübarizədə Nuru Paşanın rəhbərliyi ilə Türk-İslam ordusunun göstərdiyi fədakarlıqları hər zaman minnətdarlıqla yad edir.

Bu, iki ölkəni və bütövlükdə türk dövlətlərini bir araya gətirən Türk Dövlətləri Təşkilatıdır. Bu mövqedə Türkiyənin mövcudluğu həm ilahi ədalət, həm də bəşəri dəyərlər baxımından böyük bir töhfədir.

 

Qazi Mustafa Kamal Atatürk başda olmaqla, Türkiyə Cümhuriyyətinin qurulması uğrunda şəhid olan bütün qardaşlarımızın ruhuna rəhmət diləyirik.

 

Bu gün ay-ulduzlu qoşa bayraqlarımız yan-yana dalğalanır. Tanrı Türkiyəni və bütün türk dünyasını qorusun".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər