00:00:00
Yazar
Admin User
30.10.2025 18:46 157 1 dəq oxuma
Dünya

“Türkiyə ilə yeni strateji dialoqa başlayacağıq”

“Türkiyə ilə yeni strateji dialoqa başlayacağıq”

Ankaraya ilk səfərini edən Almaniya kansleri Fridrix Mers Prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi mətbuat konfransında Türkiyə ilə Avropa Birliyi münasibətlərinin yeni bir mərhələyə qədəm qoyacağını bildirib.

 

Mers dünyanın yeni bir geosiyasi mərhələyə girdiyini qeyd edərək deyib: “Mən və Almaniya Türkiyəni Aİ-nin yaxın tərəfdaşı kimi görürük". Almaniya kansleri Ankara ilə yeni bir strateji dialoqun başlanacağını da açıqlayıb. Ərdoğan isə əgər bu məsələdə iradələrinin Aİ-də qarşılıq tapacağı təqdirdə, Türkiyənin üzvlüklə bağlı çox qısa müddətdə ciddi məsafə qət edə biləcəyini söyləyib.

 

 BBC NEWS

 Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər