Türkiyə iqtisadiyyatı 2-ci rübdə 4,8% artıb.
TÜİK-in açıqlamasına görə, 2025-ci ilin ikinci rübündə Türkiyə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% böyüyüb. İnşaat sektoru 10,9%, informasiya və rabitə 7,1%, sənaye 6,1% artıb. Kənd təsərrüfatı 3,5%, dövlət idarəçiliyi və sosial xidmətlər 1,2% azalıb.
ÜDM cari qiymətlərlə 14,6 trilyon TL (377,6 milyard dollar) olub. Ev təsərrüfatı xərcləri 5,1% artarkən dövlət xərcləri 5,2% azalıb. İxracat 1,7%, idxal 8,8% artıb.
Nazirlər Şimşek və Bolat iqtisadiyyatı müsbət qiymətləndirib, davamlı böyümə, enflasiyanın azalması və investisiyaların artmasını vurğulayıblar. Türkiyə, OECD ölkələri arasında ən sürətlə böyüyən 2-ci, G20-də isə 4-cü ölkə olub.
TRT Haber
Səadət Əlizadə