00:00:00
Yazar
Admin User
24.09.2025 17:19 94 1 dəq oxuma
Dünya

Türkiyə, kiçik modul reaktorlar istehsal edəcək

Türkiyə, kiçik modul reaktorlar istehsal edəcək

Türkiyənin yaxın gələcəkdəki ən mühüm hədəflərindən biri SMR adlanan Kiçik Modul Reaktorların istehsalıdır. Mütəxəssislər bildirirlər ki, bu hədəfə nail olunarsa, bu, Respublika tarixinin ən önəmli dönüş nöqtələrindən biri olacaq. Onların fikrincə, bu prosesdə bəzi Türkiyə müdafiə sənayesi şirkətləri də təşəbbüs göstərə bilər.

 

Qlobal enerji sektorunun əsas gündəm mövzularından biri də Kiçik Modul Reaktor (SMR) texnologiyasıdır. Ənənəvi nüvə reaktorları ilə müqayisədə SMR-lər daha kiçik, daha çevik, daha təmiz və daha təhlükəsiz hesab olunur. Türkiyə də bu istiqamətdə işlərə başlayıb.

 

Bu mövzuda ən mühüm işarəni 2025-ci ilin mart ayında Prezident Rəcəb Tayyib Ərdoğan verib. O, nüvə energetikası sahəsində böyük sıçrayış yaradacaq bir nüvə texnoparkının qurulacağını elan edərək deyib: “ Yerli modul nüvə reaktoru inkişaf etdirəcəyik ".

 

 

TRT Haber

Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər