00:00:00
Yazar
Admin User
03.09.2025 06:28 94 1 dəq oxuma
Dünya

Türkiyə Müdafiə Sənayesi Afinanın gündəmində

Türkiyə Müdafiə Sənayesi Afinanın gündəmində

Türkiyə müdafiə sənayesinin ardıcıl uğurları Yunanıstanda birmənalı qarşılanmayıb. Yunanıstanın “Kathimerini” qəzeti “Heç kimin istəmədiyi bir müharibə ssenarisində, hətta NATO müttəfiqləri embarqo tətbiq etmək qərarına gəlsələr belə, Türkiyə silah ehtiyaclarını qarşılamaqda çətinlik çəkməyəcək” yazıb.

 

Yunanıstanın aparıcı qəzeti olan "Kathimerini" Türkiyənin müdafiə sektorunda atılan əsas addımları araşdırıb. Qəzet qeyd edib ki, bu hadisələr Yunanıstan üçün həm strateji, həm də diplomatik baxımdan əhəmiyyətli problemlər yaradır. Məqalədə “Heç kimin istəmədiyi bir müharibə ssenarisində, hətta NATO müttəfiqləri embarqo tətbiq etmək qərarına gəlsələr belə, Türkiyə silah ehtiyaclarını qarşılamaqda çətinlik çəkməyəcək” şərhi verilib. Həmçinin Türkiyənin müdafiə sənayesinin Avropa Birliyi ölkələri ilə əlaqələrini inkişaf etdirmək imkanı verdiyi, bu ölkələri Türkiyə ilə əməkdaşlığa açıq etdiyi vurğulanıb.

 

DİPLOMATİYADA GÜCLÜ VASİTƏ

 

Digər məqaləsində Türkiyənin müdafiə sənayesinin o qədər cazibədar hala gəldiyini deyən "Kathimerini", bu illər ərzində Türkiyənin bu sahəyə qoyduğu investisiyaların bəhrəsini verdiyini yazıb. Müdafiə sənayesinin Türkiyə üçün həm diplomatik kozır, həm də əhəmiyyətli bir gəlir mənbəyinə çevrildiyi bildirilib. Türkiyənin müdafiə ixracatının 111 ölkəyə çatdığı və 7,1 milyard dolları keçən gəlirin 2027-ci ilə qədər 10 milyard dollara yüksəlməsinin hədəfləndiyi paylaşıldı.

 

CNN Türk
Piranə Xasiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər