Türkiyə Prezidenti Ərdoğan Fələstin lideri Abbasla görüşüb
Prezident Rəcəb Tayyib Ərdoğan Fələstin Prezidenti Mahmud Abbasla görüşüb.
Prezident Ərdoğan Fələstin prezidenti Abbasla birgə mətbuat konfransında danışıb. Ərdoğan, “Netanyahu hökuməti və onun cinayət ortaqları qanun və vicdan qarşısında cavab verəcək”.
Prezident Ərdoğanın açıqlamalarından diqqət çəkən məqamlar belədir:
Türkiyə hər zaman Fələstin xalqının yanında olub. Qəzza gündəmimizin başındadır. 32 minə yaxın fələstinli şəhid oldu. 72 min fələstinli yaralanıb. İsrail Qəzza xalqını təkcə aclıq və susuzluqdan deyil, həm də bombalamaqla qətlə yetirir. Ötən əsrin ən böyük barbarlıqlarından birinin şahidi oluruq. Netanyahu hökuməti Qərb dövlətlərinin dəstəyi ilə açıq soyqırım törədir.
Fələstinin BMT-nin daimi üzvü olması bizim arzuladığımız bir şeydir. Xüsusilə Avropa dövlətləri Fələstini tanımalıdır. Yol xəritəsinin həyata keçirilməsində konsensus vacibdir. Biz Türkiyənin rolu ilə maraqlanırıq.
Səkinəbəyim Cəfərova
