00:00:00
Yazar
Admin User
26.07.2023 07:25 295 2 dəq oxuma
Dünya

Türkiyə PUA-ları gündəmdə

Türkiyə PUA-ları gündəmdə

Dünyanın bir çox ölkəsinə ixrac edilən, müharibə və sülhdə istifadə edilə bilən qardaş Türkiyənin PUA-ları yenidən dünya gündəmindədir.

 

İnformator.az xəbər verir ki, Birləşmiş Ştatların "AL MONİTOR" şirkəti Ankaranın pilotsuz uçuş aparatlarının niyə digər ölkələrə məxsus texnikalara nisbətən daha populyar olması suallarına cavab verib. Türkiyəyə məxsus PUA-ların son olaraq Səudiyyə Ərəbistanının hərbi inventarına daxil olması ilə birlikdə, bu texnikaları alan ölkələrin sayı 29-a çatıb. Hətta Yaxın Şərq Siyasəti üzrə Vaşinqton İnstitutunun paylaşdığı son məlumatda 4 ölkənin PUA-ların alışı ilə bağlı müzakirə apardığını, daha 7 ölkənin isə almaq istədiklərini bildirib. Digər tərəfdən Birləşmiş Ştatların "AL MONİTOR" şirkəti irəlidə bütün Orta Şərqin daha çox Türkiyə istehsalı PUA-lardan istifadə edəcəyini bildirib.

 

RAND korporasiyasının baş müdafiə siyasi analitiki Peter Vilson bildirib ki, PUA-larının qısa müddətdə populyar olmasının əsas səbəbini müharibələrdə böyük uğurlar qazanmasıdır. Vilsonun fikrincə, Səudiyyə Ərəbistanının belə bu silahları alması sözügedən texnikaların Körfəz regionunda, eləcə də digər regionlarda daha məşhurlaşacağını göstərir.


Türkiyədəki Atlantik Şurasının qeyri-rezident baş elmi işçisi Riç Outzen də Bayraktar pilotsuz təyyarələrinin uğurunun və populyarlığının bir neçə səbəbi olduğunu deyib. Onun sözlərinə görə, Türkiyə PUA-ları Çin, İran və digər ölkələrin texnikalarına nəzərənə çox ucuzdur. Buna baxmayaraq, təqdim etdiyi güc baxımından digər pilotsuz uçuş aparatlarından xeyli öndədir. Bundan əlavə Riç Outzen bildirib ki, Ankara sözügedən texnikaları satarkən çox geniş təlim kursları və uzun müddətli texniki dəstək verir.

 

"AL MONİTOR" şirkətinin hazırladığı analizlərə əsasən, Bayraktar şirkətinin PUA-ları hücum, kəşfiyyat daxil bir çox funksiyanı tək bir texnikada yerinə yetirə bilir. Həmçinin PUA-lar həm quru, həm də hava qoşunları tərəfindən rahatlıqla idarə edilir. Türkiyənin arsenalında olan və hazırlayacağı raketlərin böyük bir qismini dayışa bilməsi də PUA-ların digər ölkələrin texnikalarına nisbətən daha güclü olduğunu göstərir. 

 

Cavid

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər