00:00:00
Yazar
Admin User
29.09.2025 17:43 87 1 dəq oxuma
Dünya

Türkiyə Qəzzaya yardım aparan qayıqdakı sərnişinləri təxliyyə edib

Türkiyə Qəzzaya yardım aparan qayıqdakı sərnişinləri təxliyyə edib

Aralıq dənizində Qəzzaya humanitar yardım aparan “Global Resolve Fleet”in tərkibindəki “Johnny M” gəmisi texniki nasazlıq səbəbilə kömək çağırışı göndərib. Mühərrik bölməsi su alan gəmidən Lüksemburq, Fransa, Finlandiya, Meksika və Malayziyadan olan sərnişinlər Türkiyənin koordinasiyası və Türk Qızıl Ayparasının dəstəyi ilə təhlükəsiz təxliyyə olunub.

 

“Alma” gəmisinin kapitanı Semih Fənər bildirib ki, 12 nəfər başqa gəmilərə yerləşdirilib, 4 nəfər isə Türkiyə üzərindən ölkələrinə göndəriləcək.

 

Qlobal Resolve Fleet donanmasının 3-4 gün ərzində Qəzzaya çataraq böyük həcmdə humanitar, xüsusilə tibbi yardım çatdıracağı gözlənilir.

 

TRT Haber

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər