Türkiyə Rusiya və Ukrayna arasında konstruktiv dialoq gözləyir
Türkiyə Rusiya və Ukrayna arasındakı danışıqların 3-cü raundunun nəticələrinin konstruktiv olacağını və dialoqun davam edəcəyini gözləyir.
"İnformator.az" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası məlumat yayıb.
"Prezidentin (Ərdoğan - red.) sülh prosesində uduzan tərəf olmayacağı ilə bağlı bəyanatını xatırlatmaq istərdim. Biz nəyə ümid edirik? Atəşkəsə və regionda sülhə... Düşünürəm ki, bütün dünya bunu gözləyir", - Türkiyə liderinin nümayəndələri bildirib.
Qeyd olunur ki, Türkiyə tərəfi də öz növbəsində ikitərəfli danışıqların təhlükəsizliyini təmin etməyə hazırdır.
Bundan əvvəl Ukrayna lideri Volodimir Zelenski İstanbuldakı danışıqların iyulun 23-də baş tutacağını bildirib. Ardınca TASS agentliyinin mənbələri Rusiya və Ukrayna nümayəndə heyətlərinin iyulun 24-də görüşəcəyini bildirib. Bu gün agentlik görüşün çərşənbə günü saat 20:00-da baş tuta biləcəyini bildirib. Danışıqların dəqiq tarixi rəsmi olaraq açıqlanmayıb.