00:00:00
Yazar
Admin User
18.09.2025 11:14 101 1 dəq oxuma
Dünya

Türkiyə S-400-ləri Rusiyaya geri qaytarır?

Türkiyə S-400-ləri Rusiyaya geri qaytarır?

Türkiyəyə tədarük edilən Rusiyanın S-400 zenit-raket kompleksləri ordunun xidmətində qalır və onlarla bağlı mövqedə heç bir dəyişiklik olmayıb.


"İnformator.az" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmisi jurnalistlərə açıqlamasında deyib.


“S-400 hava hücumundan müdafiə sistemləri hələ də silahlı qüvvələrimizdə xidmətdədir. S-400 ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır”, - nazirlik rəsmisi vurğulayıb.


Qeyd edək ki, Rusiyanın 2019-cu ildə Ankaraya satdığı S-400 zenit-raket komplekslərini Türkiyədən alıb, başqa ölkəyə satmaq istədiyi barədə məlumat yayılıb.



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər