00:00:00
Yazar
Admin User
17.06.2025 09:35 88 2 dəq oxuma
Dünya

Türkiyə sülhün ünvanı olacaqmı?

Türkiyə sülhün ünvanı olacaqmı?

 


İyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektləri başda olmaqla ordunun yüksək komandanlığını hədəf alan irimiqyaslı hücumlara başlayıb. Hücumlarda İran Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Qvardiyasının Baş Komandanı və bəzi yüksək səviyyəli komandirlər, eləcə də 9 nüvə alimi həyatını itirərkən, mülki vətəndaşların ümumi sayının 224 olduğu açıqlanıb. İran ordusunun raket zərbələri ilə İsrailə qarşı təşkil etdiyi atəş nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib. Netanyahunun təcavüzü ilə Yaxın Şərqin qanlı tarixinin şahidi oluruq. Hande Fırat “Hürriyyət” qəzetindəki köşəsində 5 gündür davam edən müharibə ilə bağlı yazı yazıb.


Türkiyə, təbii ki, NATO üzvü kimi İsrailin İrana hücumunu əvvəlcədən öyrənib. Məlum olduğu kimi, Kürəcik radarından alınan məlumatlar yalnız NATO üzvləri ilə paylaşılır. Həmin gecə hücumdan əvvəl başlayan fəaliyyətlə bağlı kəşfiyyat məlumatları həm bu məlumatlardan, həm də Türkiyənin öz kəşfiyyat mənbələrindən əldə edilib. Hücumdan əvvəl baş verən fəaliyyət və hücum anı anbaan izlənilib. Bütün ehtimallara qarşı hazırlanmış təhlükəsizlik tədbirləri təcili həyata keçirildi. Bundan əlavə, xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı ilə gecə boyu telefon danışığı aparıb.


İrana hücum etmək üçün havaya qalxan İsrail təyyarələrindən bəziləri ilk gecə Türkiyənin hava məkanını pozub. Qəsdən olmadığı bildirilən hərəkətə Türkiyə Silahlı Qüvvələri dərhal reaksiya verib və F-16-lar havaya qalxıb. Hava məkanını pozan təyyarələrə radio ilə xəbərdarlıq edilib. İsrail təyyarələri xəbərdarlıqdan dərhal sonra Türkiyə hava məkanını tərk edib. Bütün ehtimalları nəzərə alaraq ehtiyat tədbirləri görülüb.


CNN Türk
Əminə Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər