Türkiyə və Misirdən Şərqi Aralıq dənizində birgə təlim
Türkiyə ilə Misir arasında ikitərəfli münasibətlərin inkişafı və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məqsədilə Şərqi Aralıq dənizində “Türkiyə–Misir Dostluq Dənizi Dəniz Əməliyyatı Xüsusi Təlimi” keçiriləcək.
Milli Müdafiə Nazirliyinin məlumatına görə, 22–26 sentyabr tarixlərində ərəb dilində “Bahr El Sadaka”, yəni “Dostluq Dənizi” adı ilə Şərqi Aralıq dənizində Türkiyə–Misir birgə dəniz təlimi keçiriləcək.
Türkiyə ilə Misir arasında ikitərəfli münasibətlərin inkişafı və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məqsədilə təşkil olunan təlimin tam adı “Türkiyə–Misir Dostluq Dənizi Dəniz Əməliyyatı Xüsusi Təlimi” olaraq müəyyən edilib.
Təlimdə Türkiyə Silahlı Qüvvələrindən Dəniz Qüvvələri Komandanlığına məxsus TCG Oruçreis və TCG Gediz freqatları, TCG İmbat və TCG Bora hücumbotları, TCG Gür sualtısı, Hərbi Hava Qüvvələri Komandanlığından isə 2 F-16 qırıcısı iştirak edəcək.
Misir Hərbi Dəniz Qüvvələrinin də müxtəlif qüvvələrlə yer alacağı bu təlim, 13 ildən sonra ilk dəfə təşkil olunur. 25 sentyabrda keçiriləcək Seçkin Müşahidəçi Gününə Türkiyə Dəniz Qüvvələri Komandanı Oramiral Ercüment Tatlıoğlu ilə onun misirli həmkarı da qatılacaq.
TRT XƏBƏR
Lalə Qurbanlı