Türkiyə və Suriya prezidentlərinin görüşü olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalı həmkarı Əhməd əş-Şaraa ilə görüşüb.
"İnformator.az" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Görüşdə Suriya Xarici İşlər naziri Esad Şeybani və Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da iştirak edib.
Tərəflər regional və iki ölkə arasındakı əlaqələrin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.