Türkiyə XİN rəhbəri Suriyaya səfər edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan 7 avqust, cümə axşamı günü Suriya paytaxtı Dəməşqə işgüzar səfər edəcək. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbələr məlumat verib.
Məlumata görə, Türkiyə diplomatiyasının rəhbəri Suriya prezidenti Əhməd əş-Şaraa ilə görüş keçirəcək.
Gözlənilir ki, tərəflər Bəşər Əsəd rejiminin devrilməsindən sonra Türkiyə ilə Suriya arasında müxtəlif sahələrdə əldə edilən irəliləyişləri və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi məsələlərini müzakirə edəcəklər.
Görüş zamanı ilk növbədə DEAŞ və PKK/YPG kimi terror təşkilatlarına qarşı mübarizə sahəsində ikitərəfli əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək. Həmçinin, Suriyanın şimal-şərqindən qaynaqlanan təhlükələr səbəbilə Türkiyənin milli təhlükəsizliyi ilə bağlı narahatlıqları da müzakirə mövzusu olacaq.
Anadolu Agency
Ayan Əsgərova