Türkiyədə 3 bölgə quraqlıq siqnalı verir
Mütəxəssislər apardıqları araşdırmalarda Cənub-Şərqi Anadolu, Şərqi Anadolu və Daxili Anadolu bölgələrindəki bir çox şəhərdə quraqlığa doğru gedişat aşkar etdiklərini bildirirlər.
Prof. Dr. Ali Ünlükara rəhbərliyində Dr. Fatih Sekendur tərəfindən hazırlanmış “Standartlaşdırılmış Yağış-Evapotranspirasiya İndeksinin Müxtəlif Evapotranspirasiya Metodları ilə Hesablanması və Türkiyə Miqyasında SPI ilə Müqayisəli Quraqlıq Təhlili” mövzulu doktorluq dissertasiyasında Türkiyədə quraqlığın gedişatı ortaya qoyulub.
Ünlükara dünyada 1993-cü ildə quraqlığı müəyyənləşdirmək üçün bir indeksin hazırlandığını və ona “Standartlaşdırılmış Yağış İndeksi” adı verildiyini, Türkiyə Meteorologiya Baş İdarəsi ilə Dünya Meteorologiya Təşkilatının bu göstəricidən istifadə etdiyini bildirib.
Qlobal istiləşmə ilə temperaturun və buxarlanmanın artdığına diqqət çəkən Ünlükara, yağıntını və istinad bitki səthindən buxarlanmanı nəzərə alan “Standartlaşdırılmış Yağış və Evapotranspirasiya İndeksi”nin 2010-cu illərdə inkişaf etdirildiyini, bununla da həm yağıntının, həm də buxarlanmanın birlikdə qiymətləndirilməsi yolu ilə quraqlıq barədə təhlil aparıldığını qeyd edib.
TRT XƏBƏR
Lalə Qurbanlı