Türkiyədə güclü zəlzələ baş verib
Türkiyənin Balıkesir vilayətinin Sındırgı ilçəsində 6,1 bal gücündə zəlzələ baş verib.
"İnformator.az" xəbər verir ki, bu barədə Türkiyə mediasının məlumatında deyilir.
Yeraltı təkanlar İstanbul və ətrafı, Bursa, Kocaeli və digər ərazilərdə hiss edilib.
Dağıntı və tələfat barədə informasiya verilmir.