Türkiyədə havanın temperaturu 6-12 dərəcə enəcək
Cümə axşamı günündən başlayaraq Türkiyədə havanın temperaturu yağış sistemi ilə əlaqədar olaraq 6-12 dərəcə aşağı enəcək. Ankara və İzmirdə üç gün ərzində yağıntı gözlənilmir.
İstanbulda cümə axşamından etibarən sahil bölgələrində yağış yağacağı gözlənilir.
Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin Meteorologiya Baş İdarəsinin Hava Proqnozları Mütəxəssisi Fevzi Burak Tekin yaxın günlərdə gözlənilən hava şəraiti ilə bağlı qiymətləndirmə aparıb.
Sabah ölkənin əksər hissəsində yağış gözlənilməyəcəyini ifadə edən Tekin, "Çərşənbə günü Trabzon, Rizə, Artvin bölgələrində, çərşənbə günündən cümə axşamına keçən gecə isə Kırklareli və İstanbulun Qara dənizə baxan sahil bölgələrində yağış yağacaq", - deyib.
Tekin, cümə axşamı günündən etibarən Türkiyənin yeni yağış sisteminin təsiri altında olacağını, ölkənin şimal və şərq bölgələrində yağışın müşahidə ediləcəyini bildirib.
Mərmərənin şərqində, Qara dəniz bölgəsində,Şimal Şərqi Anadolu ilə Mersin, Adana, Hatay və ətraf bölgələrdə yağış yağacağını qeyd edən Tekin, "Yağışlar cümə axşamı günü xüsusilə Qərbi Qara dənizin sahil bölgələri, Şərqi Qara dənizin sahilyanı bölgələri və Kocaeli, Sakarya, Bolu, Karabük və Ordu ətraflarında şiddətli olacaq" , - deyib.
Tekin, cümə axşamı Qərb və Orta Qara dəniz bölgələri ilə Mərmərə və Egey sahillərində küləyin şimaldan güclü əsəcəyini bildirib.
Tekin, yağışların cümə günü ölkənin şimal və şərqində, Hatay və Adana ətrafında və Qara dəniz sahillərində davam edəcəyini bildirib.
Tekin, həftə sonu yağışlı sistemin təsirini azaldacağını və mövsüm normaları daxilində olan hava istiliyinin cümə axşamından etibarən nəzərəçarpacaq dərəcədə (6-12 dərəcə) aşağı düşəcəyini bildirib.
TRT XƏBƏR
Həlimə Əliyeva