00:00:00
Yazar
Admin User
28.08.2025 10:06 81 1 dəq oxuma
Dünya

Türkiyədə TEKNOFEST “Mavi Vətən” festivalı başlayır

Türkiyədə TEKNOFEST “Mavi Vətən” festivalı başlayır

Cümə günü, avqustun 29-da Türkiyədə TEKNOFEST Mavi Vətən (“Göy Vətən”) festivalı start götürür.

TEKNOFEST – dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır.


TEKNOFEST Mavi Vətən, TEKNOFEST 2025 çərçivəsində təşkil olunub və hərbi-dəniz, sualtı texnologiyalara, eləcə də Türkiyənin dəniz gücünə həsr olunub.


Əsas tədbirlər avqustun 30-31-də İstanbul tərsanəsində keçiriləcək. Festivalı ziyarət etmək istəyənlər onlayn qeydiyyatdan keçməlidirlər. Ziyarət üç seansda təşkil olunacaq: saat 09:00-dan 12:00-dək, 12:00-dan 15:00-dək və 15:00-dan 18:00-dək (yerli vaxtla). Hər bir iştirakçı yalnız bir seansa qoşula biləcək.


Festivalın ilk günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılış çıxışı ilə iştirak edəcəyi gözlənilir.


Festival proqramına avtonom sualtı sistemlər, sualtı raketlər və pilotsuz dəniz aparatları üzrə müsabiqələr daxildir. Ziyarətçilər, həmçinin Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərlə – TCG Anadolu, TCG İstanbul, TCG Burgazada, TCG Oruçreis, TCG Nusret, TCG Sakarya və TCG Hızırreis ilə yaxından tanış ola biləcəklər.


Anadolu Agency
Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər