00:00:00
Yazar
Admin User
29.08.2025 18:19 101 1 dəq oxuma
Dünya

Türkiyədə yanğınsöndürən təyyarə qəzaya uğrayıb

Türkiyədə yanğınsöndürən təyyarə qəzaya uğrayıb

 

Türkiyənin Muğla bölgəsində meşə yanğınsöndürmə təyyarəsi təcili eniş zamanı qəzaya uğrayıb.


"İnformator.az" “İhlas” agentliyinə istinadən xəbər verir ki, qəzadan sonra hadisə yerinə axtarış-xilasetmə qrupları göndərilib. İlkin məlumatlarda pilotun qəzadan sağ çıxdığı bildirilir.

 

Muğla valisi İdris Akbıyık yanğınsöndürən təyyarənin tarlaya təcili eniş etməsi ilə bağlı sosial media hesabında açıqlama yayıb. Akbıyık pilotun həyatının təhlükədə olmadığını bildirib: “Yanğınsöndürmə təyyarəsi nasazlıq səbəbindən boş sahəyə məcburi eniş edib. Pilotumuz tibbi müayinədən keçmək üçün xəstəxanaya aparılıb. İlkin məlumata görə, onun həyatı üçün təhlükə yoxdur. Sərt enişin təsirindən təyyarə də zədələnib”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər