Türkiyədəki qəza ilə bağlı
Türkiyənin Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəsi Xorvatiyada qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin pilotu həlak olub.
Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklı bildirib ki, təyyarənin qalıqları Senj şəhəri yaxınlığında tapılıb. Nazir həlak olan pilotun ailəsinə və Türkiyə xalqına başsağlığı verib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Elman Vəliyev bildirib ki,bir təyyarə qəzaya uğrayırsa, deməli, bunu ya vurublar, ya da ki, texniki cəhətdən qəzaya uğrayıb:
"Yəni bunun da təhlükəsizlik etməsi asan deyil. Ancaq texniki cəhətdən yeni bir təyyarə növü ortaya çıxmalıdır ki, qəzaya uğrayanda az xəsarətlə çıxsın. İkincisi isə bu qəza Türkiyə-Xorvatiya münasibətlərinə və əməkdaşlıq səviyyəsinə məncə, heç bir mənfi təsir göstərməz. Çünki, bir neçə dəfədən bir hadisə baş verir. Hətta, Rusiya belə Azərbaycanın sərnişin təyyarəsini vurduqdan sonra da münasibətlər pozulmayıb".
Aişə Mustafayeva