Türkiyədən Almaniyaya ixracatda tarixi rekord
Türkiyə, Almaniyaya 13,1 milyard dollarla bütün dövrlərin ən yüksək yanvar–avqust ixracını həyata keçirib. İlin ilk 8 ayında Almaniyaya ən çox ixrac həyata keçirən sektor 4,3 milyard dollarlıq avtomobil sənayesi olub.
Türkiyə iqtisadiyyatında sabitlik prosesi uğurla davam edərkən, iqtisadiyyatda balanslar da güclənməyə davam edir.
Makro göstəricilər sürətlə yaxşılaşır. Bu vəziyyət ölkənin xarici satışına da əks olunur. Türkiyənin ixracatında lokomotiv ölkə olan Almaniyaya ixracatda yeni zirvələrə çatılıb.
TRT Haber
Səadət Əlizadə