Türkiyədən Almaniyaya rekord ixrac: 13,1 milyard dollar
Türkiyə yanvar–avqust aylarında Almaniyaya 13,1 milyard dollarlıq ixrac edərək tarixində ən yüksək səviyyəyə çatıb. Ən çox ixrac olunan sahə 4,3 milyard dollarla avtomobil sənayesi olub. Hazır geyim, metal, elektronika və kimya məhsulları da əsas sahələr arasında yer alıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə Almaniyaya ixrac 9,4% artıb. Türkiyə ümumi ixracını isə 178,1 milyard dollara yüksəldib. Almaniya Türkiyənin ən böyük ticarət tərəfdaşı olaraq qalır, onu Birləşmiş Krallıq, ABŞ, İtaliya və İspaniya izləyir. İstanbul, Bursa və Kocaeli ixracda lider bölgələr olub.
TRT Haber
Mələk Hüseynova