00:00:00
Yazar
Admin User
18.09.2025 20:02 143 1 dəq oxuma
Dünya

Türkiyədən dünyada bir ilk

Türkiyədən dünyada bir ilk

Türkiyə, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Qəzzəyə yardım fonuna töhfə verən ilk ölkə olub. Türkiyənin UNESCO-dakı Daimi Nümayəndəsi Böyükelçi Gülnur Aybet, ABŞ mərkəzli X sosial media platformasında təşkilatın Qəzzəyə yardım fonuna dair bir iclas keçirdiklərini bildirdi. Aybet, Türkiyənin bu fona töhfə verən ilk ölkə olduğunu qeyd edərək, “Qəzzəyə dair bütün yardım məsələlərində səsimizi daha da artırmalıyıq” ifadəsini istifadə edib.

 

Toplantıda Aybet beynəlxalq cəmiyyətdə artan bir çox səsin İsrailin hərəkətlərini “soyqırım” olaraq xarakterizə etdiyini və bunun Birləşmiş Millətlər Soruşturma Komissiyasının hesabatı ilə də təsdiq edildiyini vurğulayıb. Türkiyənin İsrail-Fələstin məsələsində iki dövlətli həlli “yeganə mümkün seçim” olaraq gördüyünü ifadə edən Aybet son dövrlərdə bir çox ölkənin Fələstin dövlətini tanımaq istiqamətində atdığı addımları təqdirlə qarşıladığını bildirib.

 

Akşam

Ədilə Hüseynzadə 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər