Türkiyədən sement və dəri idxalına çəkilən xərclər azalır
2025-ci ilin avqust ayında Azərbaycanın Türkiyədən idxal etdiyi bəzi məhsullar üzrə xərclərdə nəzərəçarpacaq azalmalar müşahidə olunub.
Mövzu ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycanın ixrac etdiyi məhsulların qiyməti idxal ölkəsində ucuzlaşırsa, deməli ölkədən ixracat artacaq:
"Yəni, qarşıdakı dönəmdə bu ucuzlan məhsullar üzrə ixracatın artacağı gözləniləndir. Çünki qiymətlərin azalmasının səbəbi bu məhsulların Azərbaycanda maya dəyərinin aşağı düşməsi prosesinin getməsidir. Sadalanan məhsulların çeşidlərinə diqqət yetirəndə görürük ki, həmin məhsullar Azərbaycan bazarında da ucuzlaşır. Məsələn, xırdabuynuzlu heyvan dərisi əvvəllər Azərbaycanda 5-6 manat idisə, indi 1 manatdan da aşağıdır. Bildiyimiz kimi, Azərbaycanın daxilində müxtəlif regionlarda xammal kifayət qədərdir. Qaradağdan əlavə, Daşkəsəndə də sement zavodu inşa edilərək istifadəyə verilib. Gəncə və Gədəbəydə belə zavodların tikilməsi gözləniləndir. Bolluq ucuzlaşmaya səbəb olur, bu da ixracatın artmasına vasitədir".
İqtisadçı ekspert həmçinin qeyd edib ki, adıçəkilən məhsulların Azərbaycanda maya azaldığı üçün ixrac edilən məhsulun qiyməti düşür:
"Əlbəttə, bu azalma bazarda həmin məhsullara tələbatı bir qədər artıracaq. Həm daxili bazarda, həm də xarici bazarda artım gözlənilir. Bu da istehsalın genişlənməsi üçün bir stimuldur".
Billurə Quliyeva