00:00:00
Yazar
Admin User
20.09.2025 08:32 98 1 dəq oxuma
Dünya

Türkiyəli mütəxəssisə Özbəkistanda yüksək vəzifə verilib

Türkiyəli mütəxəssisə Özbəkistanda yüksək vəzifə verilib

Türkiyəli mütəxəssis Sedat Kaya Özbəkistanın Respublika İxtisaslaşdırılmış Onkologiya və Radiologiya Elmi-Praktik Tibb Mərkəzinə direktor təyin edilib.

 

"İnformator.az" xəbər verir ki, Özbəkistanın səhiyyə naziri Asilbek Xudayarov bu barədə əmr imzalayıb.

 

Mərkəzin yeni rəhbərinə Özbəkistanda onkoloji xidmətin dünya səviyyəsinə çatdırılması tapşırılıb. Sedat Kaya Ankara Universitetinin tibb fakültəsini bitirib, Anadolu, Atatürk və Sakarya universitetində səhiyyə üzrə magistr təhsili alıb. 2011-2018-ci illərdə Türkiyənin Sakarya Universitetinin Klinik Xəstəxanası və Sakarya Dövlət Xəstəxanalar Birliyində müxtəlif vəzifələrdə çalışıb. Bundan əlavə, Sakarya Səhiyyə Təşkilatında sədr müavini və rəhbəri vəzifələrində çalışıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər