00:00:00
Yazar
Admin User
01.09.2025 12:01 70 1 dəq oxuma
Dünya

Türkiyəni etibarlı və özünü sübut edən tərəfdaş kimi görürük

Türkiyəni etibarlı və özünü sübut edən tərəfdaş kimi görürük

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Türkiyəni həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq arenada etibarlı tərəfdaş hesab edirlər.“Əminəm ki, Türkiyənin bu məsələlərdə (Rusiya–Ukrayna danışıqlarında) xüsusi rolu bundan sonra da tələb olunacaq”.

 

Kremlin açıqlamasına görə, Putin bu fikirləri Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci Dövlət Başçıları Şurası sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə səsləndirib.

 

Putin, Ərdoğanla şəxsi təmaslarına böyük önəm verdiyini vurğulayıb:

 

“Bu, yaxşı qonşuluq prinsiplərinə və Rusiya–Türkiyə münasibətlərinin ənənəvi dostluq prinsiplərinə tam uyğundur. Türkiyəni həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq arenada etibarlı və özünü sübut edən tərəfdaş kimi görürük”.

 

Rusiya lideri iki ölkə arasındakı ticarət və iqtisadi əməkdaşlıqdan məmnun olduqlarını bildirib. Onun sözlərinə görə, ötən il ticarət dövriyyəsi 6,6 faiz, bu ilin ilk yarısında isə təxminən 3 faiz artıb.


TRT XƏBƏR

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər