00:00:00
Yazar
Admin User
12.07.2023 15:32 322 2 dəq oxuma
Dünya

Türkiyənin Avropa İttifaqına qəbulu nələri dəyişəcək?

Türkiyənin Avropa İttifaqına qəbulu nələri dəyişəcək?

Altmış ildir Avropa İttifaqına üzv olmaq istəyən Türkiyə məqsədinə çatmaq üzrədir. Ankara rəsmiləri iqtisadi məqsədlər, əhalinin rifah səviyyəsinin yüksəldilməsi baxımından quruma üzvlüyü vacib sayırlar. Digər tərəfdən isə Türkiyə ittifaqa daxil olarsa, Avropa Liqasında çıxış edəcək, birinci sinif dövlətlər və xalqlar arasında yerini tapacaq.

 

Təbii ki, hər şeydən əvvəl iqtisadi inkişaf əsas məqsəddir. Türkiyəli siyasi şərhçi İsmail Cingözün sözlərinə görə, Türkiyənin Avropa birliyinə daxil olması yeni dünya nizamının qurulduğu dönəmə təsadüf edəcək. Pekin və London mərkəzli iki qütbdə yaradılan yeni dünya nizamında Türkiyə Avropa İttifaqına üzv olmaqla üçüncü qütbü formalaşdıracaq. Beləliklə, Türkiyə qlobal gücə çevriləcək.

 

Siyasi şərhçi İsmail Cingöz hesab edir ki, Türkiyənin Aİ-yə daxil olması ilə ən böyük qazanc iqtisadi qazanc olacaq: “Belə ki, Türkiyə tək tərəfli imzaladığı gömrük birliyi müqaviləsi üzrə itirdiyi qazancları geri qazana biləcək. Bundan əlavə Türkiyə Türk dünyası ilə Avropa Birliyi arasında körpü yaradacaq. Bununla da regional mənada sosioloji, mədəni, geopolitik olaraq təsir dairəsinin daha da gücləndirəcək”.

 

İqtisadi üstünlüklər vəd edən İttifaqa daxil olmaq üçün isə ölkələr sabit maliyyə bazasına malik olmalıdırlar. Belə ki, Aİ-nin aldığı maliyyənin yalnız 2%-i kənar mənbələrdən gəlir. qalan vəsaitin ödənilməsinə üzv dövlətlər cavabdehdirlər. Paketə NATO-nun xərclərini əlavə etdikdə, ölkələr sadəcə bu idarəetmə strukturunda iştirak üçün hər il bir neçə milyard dollar ödəməlidir. Məhz Böyük Britaniyanın da "Brexit"-i nəzərdən keçirməsinin səbəbi bəzi illərdə yerli iqtisadiyyatlarına 4 milyard dollardan çox itki gətirməsidir. Həmçinin, Avropanın vergi strukturu yeni müəssisələrin inkişafına mane olur.

 

Başqa mənfi cəhəti isə ölkələr arasında gediş-gəlişin sərbəst olmasıdır. Bu isə vətəndaşlar tərəfindən müsbət qarşılansa da, hökumət iqtisadiyyatına müəyyən zərbə vura bilir. Ölkəyə nəzərdə tutulandan artıq miqrantların gəlməsi və zamanla yerli sakinləri sıxışdırması isə əhali arasında disbalans yaradır. Eyni zamanda, Aİ-da üstünlüyün böyük dövlətlərə verilməsi kiçik dövlətlərin inkişafını ləngidir.

 

Xatırladaq ki, 2000-ci ildən bəri artım tempi Avropa İttifaqının orta göstəricisindən xeyli yüksək olsa da, Türkiyə büdcə kəsiri, xarici borc və işsizlik nisbətləri baxımından hələ də ittifaq göstəricilərindən geri qalır. Buna görə də bəzi üzv ölkələr Türkiyənin Aİ-yə üzvlüyünə hələ hazır olmadığı qənaətindədir. Hazırda isə İsveçin NATO-ya üzvlüyünə razılıq verdiyi üçün onun Avropa İttifaqına daxil olması məsələsinə yenidən baxılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər