00:00:00
Yazar
Admin User
21.08.2025 16:22 102 1 dəq oxuma
Dünya

Türkiyənin iki vilayətində meşə yanğınları başlayıb

Türkiyənin iki vilayətində meşə yanğınları başlayıb

Türkiyənin Muğla və Bingöl vilayətlərində meşə yanğınları başlayıb.

"İnformator.az"  xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Muğla vilayətinin Seyidkemer rayonunda yaşayış massivlərinin yaxınlığındakı meşəlik ərazidə baş verən yanğın küləyin təsiri ilə sürətlə yayılıb.

Bingöl vilayətinin Genç rayonunda isə otlaq sahəsində naməlum səbəbdən başlayan yanğın qısa müddətdə meşəlik əraziyə keçib.

Hazırda hər iki ərazidə olan yanğına havadan və qurudan müdaxilə edilərək söndürülməsinə çalışılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər