00:00:00
Yazar
Admin User
30.08.2023 17:05 579 2 dəq oxuma
Dünya

Türkiyənin milli Zəfər bayramıdır

Türkiyənin milli Zəfər bayramıdır

"Əlamətdar günlər" rubrikasının bugünkü mövzusu illər öncə bugün – 30 avqustda yunan qoşunları üzərində qələbə qazanan şanlı türk ordusunun, canımız, qardaş ölkəmiz Türkiyənin milli Zəfər bayramı haqqındadır. Bu barədə İnformator.az saytı araşdırma aparıb. Ölkəmiz qardaşına bugündə də dəstək olub və bu münasibətlə Türk şəhidliyi ziyarət edilib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan və Türkiyə Dövlət Himnləri səsləndirilib.

 

30 avqust 1922-ci ildə Dumlupınarda Mustafa Kamal Atatürkün baş komandanlığı ilə zəfərlə nəticələnən qələbə Türkiyə və Şimali Kipr Türk Respublikasında hər il rəsmi şəkildə milli bayram edilir. Güclü türk ordusunun və xalqının Qələbə Günü olaraq qeyd edilən bu zəfəri Türkiyə Cümhuriyyətinin şanlı hərb tarixində çox önəmli yer tutur. Türk ordusu dedikdə güclü, vətənpərvər, azadlıq uğrunda ölməyə hazır, intizamlı və qüdrətli ordu yada düşür. Məhz buna görə türk milləti 50 milyondan artıq şəhid verib və öz canları bahasına qalibiyyətlərini, adını tarixin şanlı səhifələrinə qızıl hərflərlə yazıb. Bunların nəticəsində indiki daha güclü Türkiyə dövləti daha da dirçəlib.

 

Türkiyə Böyük Millət Məclisinin 20 İyul 1922-ci il iclasında özünə dördüncü dəfə baş komandir səlahiyyəti verilən Mustafa Kamal Paşa hücum qərarını iyun ayında alaraq hazırlıqları gizli olaraq icra edib. Böyük hücum 26 avqust - 27 avqusta keçən gecə Afyonda başlayıb və Türkiyə torpaqlarının qaytarılması ilə, güclü və qüdrətli Türk ordusunun qələbəsi ilə başa çatıb. Yunan qoşunları İzmirə qədər təqib edilmiş, 9 sentyabr 1922-ci ildə Türk torpaqları İzmirin xilasetmə yolu ilə yunan işğalından qurtulub. İşğal qüvvələri ölkənin sərhədlərini daha sonra tərk etməsinə baxmayaraq, 30 avqust ölkənin ərazi bütövlüyünün tam ələ keçirilməsini simvolik şəkildə təmsil edir. Yeni səhifələr açan zəfə rəsmi olaraq 1936-ci ildə elan olunub.

 

Qardaş ölkəyə daim uğur, zəfər dolu günlər arzu edirik. Dostluğumuz, qardaşlığımız daimi olsun!

 

Məryəm Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər