00:00:00
Yazar
Admin User
31.07.2025 19:58 169 1 dəq oxuma
Dünya

Türkiyənin üçüncü vətəndaşı kosmosa uçacaq

Türkiyənin üçüncü vətəndaşı kosmosa uçacaq

Türkiyənin "Erdem" Holdinqinin İdarə Heyətinin üzvü Gökhan Ərdəm ölkənin kosmosa uçan üçüncü vətəndaşı olacaq.


"İnformator.az" "Axar.az"a istinadən 
xəbər verir ki, müxtəlif ölkələrin, o cümlədən Türkiyənin nümayəndələrinin iştirak edəcəyi “Blue Origin” şirkətinə məxsus kosmik aparatın uçuşu avqustun 3-ü ABŞ-ın Texas ştatındakı Van Horn poliqonundan planlaşdırılır.


“Blue Origin” şirkətinin 14-cü suborbital missiyasının iştirakçıları Yer atmosferi ilə kosmos arasındakı şərti sərhəd hesab olunan Karman xəttini keçəcəklər. Missiyanın emblemində heyət üzvlərinin hər birini təmsil edən simvollar yer alıb. Məsələn, Bosfor boğazı Gökhan Ərdəmin Türkiyəyə mənsubluğunu simvolizə edir.

 

Qeyd edək ki, daha əvvəl Türkiyənin Milli Kosmik Proqramı çərçivəsində Alpər Gezeravcı və Tuva Cahangir Atasevər kosmosa uçuş həyata keçiriblər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər