00:00:00
Yazar
Admin User
07.09.2025 10:02 247 1 dəq oxuma
Siyasət

Türkiyəsiz dünya düzəni mümkün deyil

Türkiyəsiz dünya düzəni mümkün deyil

İtaliyanın nüfuzlu Il Gazzettino qəzetində Baş redaktor Roberto Papetti qeyd edir ki, nə NATO, nə də Avropa Türkiyədən vaz keçə bilməz.

 

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov "İnfotmator.az"a açıqlamasında bildirib ki, artıq Brüssel anlayır ki, regionda Türkiyənin iştirakı olmadan ciddi layihələr həyata keçirmək mümkün deyil:

 

"Türkiyənin Avropa İttifaqına üzvlük prosesinin uzanması, Avropa İttifaqı ölkələrinin ikili standartları səbəbindən bu qədər tamamlanmayıb. Üzvlük prosesinin ləngiməsi Türkiyəni xarici siyasətində yeni istiqamətlər axtarmağa vadar etdi. Ankara Moskva, Pekin, İslamabad və Mərkəzi Asiya ölkələri ilə əlaqələrini gücləndirərək, beynəlxalq nüfuzunu artırdı və bölgədə daha fəal aktora çevrildi".


Politoloq eyni zamanda qeyd edib ki, ABŞ-nin Avropanın təhlükəsizliyi məsələsində əvvəlki qədər fəal olmaması fonunda Aİ-nın Türkiyəyə olan ehtiyacı daha da artıb:


"Türkiyənin bu güclənən mövqeyi Aİ-nın da diqqətindən yayınmadı. Türkiyənin BRICS-ə üzvlüyü haqqında düşünürəm ki, bu addım Aİ ilə münasibətlərə ciddi təsir göstərməyəcək.
Əgər Avropa İttifaqı Türkiyənin BRICS-ə üzvlüyündən narahatdırsa, çıxış yolu sadədir: Türkiyəyə Aİ qapılarını açmalıdır. Bu isə təkcə Türkiyəyə deyil, onun yerləşdiyi regiona da fayda gətirəcək".


Bayramlı Zəri

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər