00:00:00
Yazar
Admin User
11.09.2025 16:11 78 1 dəq oxuma
Dünya

Türkiyəyə düşmənçilik edənlər cavabını alacaq

Türkiyəyə düşmənçilik edənlər cavabını alacaq

AK Partiya sözçüsü Ömər Çelik Mərkəzi İcraiyyə Komitəsinin (MKYK) toplantısından sonra açıqlama verib.


Çelik İsraili soyqırım şəbəkəsi olaraq xarakterizə edib və İsrailin Qətərə hücumla atəşkəs gündəmini məhv etməyi hədəflədiyini vurğulayıb. İsraildən gələn hücum təhdidlərinin əsassız olduğunu bildirən Çelik, "Düşmənçilik edənlər cavabını alacaqlar",-deyib. Terrorsuz Türkiyə prosesinə toxunan Ömər Çelik, PKK-nın bütün qollarının silahı yerə qoymalı olduğunu və hökumətin diqqətin itirilməsinə imkan verməyəcəyini bildirib. CHP-nin qurultay iddiasına münasibət bildirən Çelik həm ittiham edənlərin, həm də təqsirləndirilən şəxslərin CHP-li olduğunu bildirib.

 

A Haber
Çimnaz Telmanqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər