00:00:00
Yazar
Admin User
22.12.2025 15:42 96 2 dəq oxuma
Siyasət

“Türkmənistan-Azərbaycan əməkdaşlığı bundan sonra da inkişaf edəcək”

“Türkmənistan-Azərbaycan əməkdaşlığı bundan sonra da inkişaf edəcək”

 

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan ümumi olaraq türk dövlətləri ilə daimi əlaqədədir:

 

"Azərbaycan təkcə Türkmənistanla deyil, ümumilikdə Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə çox yaxın münasibətlərə malikdir. Xüsusilə də, bu təşkilatın yaradılmasından sonra keçirilən tədbirlər çərçivəsində əlaqələr daha da genişlənmişdir. Eyni zamanda qarşı tərəfdən, yəni Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin hər biri də Azərbaycanla əməkdaşlığa üstünlük verir. Türkmənistan Prezidentinin İlham Əliyevə zəng edərək onu təbrik etməsi və ən yüksək səviyyədə öz arzularını çatdırması da təsadüfi deyil.
Doğrudur, Türkmənistanın əvvəlki rəhbərliyi dövründə münasibətlər bu qədər yüksək səviyyədə deyildi. Lakin Qurbanqulu Berdiməhəmmədovdan sonra Azərbaycan-Türkmənistan əlaqələri bütün sahələr üzrə inkişaf edir. Berdiməhəmmədovun təbrik mesajı da göstərir ki, münasibətlər siyasi, iqtisadi, ticarət və digər sahələrdə yüksələn xətt üzrə davam edir və qarşıya yeni hədəflər qoyulub.
Hər iki tərəf bu əməkdaşlığa həm də məcburdur, çünki Türk Dövlətləri Təşkilatının böyük hədəfləri var. Üzv ölkələr arasındakı yaxın münasibətlər təşkilatın gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən, üzv dövlətlər bir-biri ilə səmimiyyətə əsaslanan münasibətlər qurmağa üstünlük verirlər. Türkmənistan həm də Xəzəryanı ölkələrdən biri kimi regional əməkdaşlıqda mühüm rol oynayır. Bu baxımdan Azərbaycan üçün də Aşqabatla münasibətlərin dərinləşdirilməsi vacibdir. Regional əməkdaşlıq, xüsusilə enerji və nəqliyyat sahələrində daha da inkişaf edəcək.
Türkmənistan Prezidentinin təbrik mesajı və orada qeyd olunan məqamlar olduqca əhəmiyyətlidir. Aşqabatla Bakı arasında siyasi münasibətlər regionun sabitliyinə ciddi töhfə verir. Regionda yerləşən ölkələrin daxilində təhlükəsizliyin və sabitliyin qorunması prioritet məsələdir. Digər ölkələrlə əlaqələrdə də bu amil əsas götürülür. Bütün bunları nəzərə alaraq, Azərbaycan və Türkmənistan hökumətləri arasında qurulan əlaqələrin regional sabitliyin qorunması baxımından böyük əhəmiyyəti var və hər iki tərəf bu münasibətləri bundan sonra da inkişaf etdirməkdə maraqlıdır”.


Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər