00:00:00
Yazar
Admin User
06.08.2025 17:32 89 1 dəq oxuma
Dünya

Tailand və Kamboca ilkin razılığa gəliblər

Tailand və Kamboca ilkin razılığa gəliblər

Tailand və Kamboca nümayəndə heyətləri arasında sərhəddə atəşkəsin həyata keçirilməsi və monitorinqi ilə bağlı ilkin danışıqlarda konsensus əldə edilib.

"İnformator.az" xəbər verir ki, bu barədə Malayziya Silahlı Qüvvələrinin komandanı general Mohd Nizam Cəfər ölkənin dövlət xəbər agentliyi "Bernama"ya eksklüziv şərhində bildirib.

Hazırda Malayziyada Tailand və Kamboca arasında silahlı sərhəd münaqişəsindən sonra atəşkəs rejiminin tətbiqi və monitorinqi üzrə danışıqlar aparılır. ABŞ və Çindən olan müşahidəçilərin iştirakı ilə keçiriləcək yekun iclasın cümə axşamı günü baş tutacağı gözlənilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər