Takaiçi: Yaponiya benzin subsidiyalarını azaldacaq
Yaponiya bu ilin dekabr ayından etibarən benzin və digər yanacaq növləri üçün subsidiyaları tədricən azaltmağı planlaşdırır.
"İnformator.az" "Kyodo" agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Sanae Takaiçi bildirib.
Onun sözlərinə görə, benzinin hədəf pərakəndə satış qiyməti dekabr ayından gələn yazadək hər ay bir litr üçün 5 yen qaldırılacaq. Hazırda hakimiyyət pərakəndə satış qiymətini bir litr üçün təxminən 170 yen (1,08 dollar) səviyyəsində saxlayır, lakin bu tədbirlər büdcəyə hər gün 10 milyard yendən (63,3 milyon dollar) çox başa gəlir.
Takaiçi qeyd edib ki, hökumət ötən il olduğu kimi, bu qış da elektrik enerjisi və qaz hesablarını subsidiyalaşdıracaq və orta statistik bir ailənin dekabr ayından başlayaraq üç ay ərzində təxminən 7 min yen (44 dollar) qənaət edəcəyi gözlənilir.