"Tasnim": İranın ABŞ-lə danışıqlarda iştirak etməmək qərarı hələlik dəyişməyib
İranın ABŞ-lə danışıqlarda iştirak etməməklə bağlı qərarı dəyişməyib.
"İnformator.az" xəbər verir ki, bu barədə məlumatlı mənbə “Tasnim”ə danışıb.
Mənbə danışıqlar aparılması üçün bir sıra ön şərtlərin yerinə yetirilməsinin vacib olduğunu bildirib.
O əlavə edib ki, İrana qarşı tətbiq edilmiş dəniz blokadası danışıqlar üçün əsas maneədir və bu məsələ Pakistana bildirilib.