"Taxıl sazişi" bərpa oluna bilərmi?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi səfərindən qayıdarkən Rusiya Prezidenti Vladimir Putinlə keçirilən görüşün təfərüaatları barədə jurnalistlərə açıqlamar verib. Ərdoğanın sözlərinə görə, Putin "Taxıl sazişi"nin yenilənməsi üçün müəyyən şərtlərini açıqlayıb. Kremlin irəli sürdüyü şərtlər hansılardır ? "Taxıl sazişi" bərpa oluna bilərmi?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Taxıl sazişi”nin yenilənməsi üçün Rusiya Prezidenti Vladmir Putinin 2 şərtini açıqlayıb. Ərdoğan bildirib ki, şərtlərdən biri Rusiya Kənd Təsərrüfatı Bankının Türkiyənin “Ziraat Bankı”nın SWIFT sisteminə qoşulmasıdır. Eyni zamanda Türkiyə Prezidentinin sözlərinə görə, Putinin ikinci şərti taxıl nəqlində iştirak edən gəmilərin sığortalanması məsələsinin həllidir. Ekspertlərin fikrincə, Rusiyanın indiki məqamda belə təkliflər irəli sürməsi təsadüfi deyil. İqtisadçı Xalid Kərimli deyir ki, Kreml bu metodla öz məhsullarının dünya bazarına ixrac edilməsini və bunun təhlükəsiz olmasını istəyir. “Faktiki olaraq Rusiya kontur təklif edib ki, əgər Ukrayna kənd təsərüffatı məhsullarının, taxılın, duru yağlarının, qarğıdalının, günəbaxan yağlarının ixracı üçün şərait yaradıramsa, o halda siz Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracına şərait yaratmalısız. Yəni bu, həm Rusiyadan məhsul alanlar üçün sanksiyaların tətbiq edilməməsini, həm də eyni zamanda bu ixracın əmələ gəlməsi üçün ödənişlərin rahat olması, Rusiyanın kənd təsərrüfatı məhsullarının maliyələşdirilməsi ilə məşğul olan, bu sektora xidmət göstərən bankların, bankın SWIFTƏ qoşulması, eyni zamanda da sığorta sisteminin yükdaşımalar zamanı bilirik ki, əhəmiyyətli elementdir”.
İlkin mərhələdə Rusiya "Taxil sazişi"nin yenilənməsi üçün şərtlərini irəli sürsə də, bu təklif qəbul edilməyə də bilər. Məhz bu ehtimal olacağı təqdirdə isə, Moskvanın öz taxılını dünya bazarına çıxarması üçün daha bir alternativi var. Belə ki, Rusiya Qətərin iştirakı ilə ölkə taxılını Türkiyə üzərindən Afrikaya çatdıra bilər. Lakin bu metod Qara dəniz üzərindən daşınmalara alternativ sayıla bilməz. Çünki Rusiya taxılı Qətərlə daşısa, digər ölkələrin taxılı əlində qala bilər. Ekspertlərin fikrincə, Kreml bu metodla ölkəyə təqdim olunan sanksiyaları azaltmağa, eyni zamanda Qərb və Ukraynanı bu istiqamətdə sıxışdırmağa çalışır.
Hadisələrin hansı formada reallaşacağı isə indiki dönəmdə Rusiya və Türkiyədən asılıdır. Hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi səfərindən sonra Nazirlər Kabinetinin iclasını keçirdib. İclas çərçivəsində müzakirə edilən əsas məsələ taxıl dəhlizi olub.
CAVİD
