Tayvan: 47 Çin hərbi təyyarəsi adanın ətrafında müşahidə edilib
Bildirilib ki, Tayvan adası ətrafında 47 Çin hərbi təyyarəsi müşahidə edilib.
Tayvan Müdafiə Nazirliyinin X hesabından verilən açıqlamada, adanın ətrafında 47 hərbi təyyarənin uçuşunun müşahidə edildiyi bildirilib.Açıqlamada Çinin Tayvan ətrafında ortaq hava və dəniz təliminə başladığı qeyd edilib. Qeyd olunub ki, təyyarələrdən 32-si Tayvan boğazında iki tərəfin təsir dairəsini ayıran media xəttini keçib və Tayvan tərəfindən özünün “Hava Hücumundan Müdafiə İdentifikasiya Zonası (ADIZ)” elan etdiyi ərazinin cənub-qərb və cənub-şərq hissəsində uçuşlar həyata keçirib.
Pekin hələlik məsələ ilə bağlı heç bir açıqlama verməyib.Çinin ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan 1949-cu ildən faktiki müstəqillik əldə edib. Vətəndaş müharibəsindən sonra materik Çin və Tayvan arasında yaranan ayrılma və suverenlik mübahisəsi davam edir. Son illərdə Tayvana hərbi təzyiqləri artıran Pekin hökuməti, adanı materiklə birləşdirmək üçün lazım gələrsə, güc tətbiq edəcəyini vurğulayır.
TRT Haber
Xədicə Məhərrəmli