00:00:00
Yazar
Admin User
06.10.2025 17:03 88 3 dəq oxuma
Dünya

Tayvan ABŞ-dən əlavə dörd “Patriot” HHM sistemi almaq istəyir

Tayvan ABŞ-dən əlavə dörd “Patriot” HHM sistemi almaq istəyir

Müxtəlif mənbələrə görə, Tayvan hazırda doqquz “Patriot PAC-3” hava hücumundan müdafiə raket batareyasından istifadə edir.

 

 

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Tayvana “Patriot” sistemlərinin yeni nəsillərinin verilməsi, təbii ki, ABŞ-Çin münasibətlərinə ciddi şəkildə mənfi təsir göstərəcək:

 

"Tayvanın hazırda Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemlərinin müəyyən variantlarına sahib olması şübhə doğurmur. Bu sistemlər daim yenilənir və hətta 5500 kilometrdən uzaqdakı hədəfləri vurmaq qabiliyyətinə malik variantları mövcuddur. Hazırda Tayvanın əlində olan variantların hansı sinfi təmsil etdiyini söyləmək çətindir. Lakin Tayvana “Patriot” sistemlərinin yeni nəsillərinin verilməsi, təbii ki, ABŞ-Çin münasibətlərinə ciddi şəkildə mənfi təsir göstərəcək. Əgər hazırda ABŞ-Çin münasibətlərində müəyyən əməkdaşlıq imkanlarından danışmaq mümkündürsə, bu raketlərin verilməsi iki ölkəni olduqca gərgin mərhələyə gətirib çıxara bilər. Unutmayaq ki, Çin və Rusiya ABŞ-yə qarşı müttəfiq mövqe tuturlar. Əgər Rusiya “Patriot” raketlərinin Ukraynaya verilməsini “NATO–Rusiya müharibəsinin başlanğıcı” kimi qiymətləndirdisə, ehtimal ki, Çin də bu addımı “ABŞ–Çin müharibəsinin başlanğıcı” kimi qəbul edə bilər. Çünki Çin Tayvan üzərində suveren hüququndan imtina etmək fikrində deyil. Halbuki Tayvan bu gün həm siyasi, həm iqtisadi, həm diplomatik, həm də beynəlxalq əlaqələr baxımından Çinlə demək olar ki, heç bir birbaşa bağlantıya malik deyil və özünü tam müstəqil bir dövlət kimi aparır. Ona görə də, “Patriot” raketlərinin yeni variantlarının Tayvana veriləcəyini hələ o qədər də real hesab edilmir. Çünki bu həmin bölgədə ABŞ–Çin münasibətlərini xeyli dərəcədə gərginləşdirə bilər və müşahidələr göstərir ki, bu cür gərginlik hələlik ABŞ-nin maraqlarına uyğun deyil. Tayvanın hərbi gücünün artırılması, əslində, Amerikanın strateji və qlobal hədəflərinə uyğundur. Tramp ilk dəfə hakimiyyətə gələndə qlobal siyasətdə aktiv mövqe tutmağa meyilli olmadığını göstərməyə çalışsa da, sonradan bu yanaşmanın uğurlu olmadığını anlamağa başlayıb. Buna görə də ABŞ dünyanın müxtəlif nöqtələrində, xüsusilə öz nüfuz dairəsinə daxil olan regionlarda, əvvəlki fiziki, hərbi və siyasi aktivliyini bərpa etmək istəyir. Təsadüfi deyil ki, hətta Baydenin dövründə əldən verilmiş Əfqanıstan səhnəsinə ABŞ yenidən qayıtmaq iddiasındadır. Eləcə də ABŞ-nin Cənubi Koreya ilə birgə keçirmək istədiyi hərbi təlimlər, Yaponiya ilə hərbi əməkdaşlıq sahəsində əlaqələrin gücləndirilməsi Amerikanın bu istiqamətdəki niyyətlərini aydın şəkildə göstərir. Bu baxımdan, ABŞ Tayvanın hərbi cəhətdən gücləndirilməsini, özünün yeni qlobal siyasi reallıqlara və çağırışlara uyğun siyasətinin əsas təzahürlərindən biri kimi qiymətləndirir. Lakin bu proses hələlik “Patriot” raketlərinin Tayvanda yerləşdirilməsi anlamına gəlmir. Bunu başqa üsullarla da həyata keçirmək mümkündür. “Patriot” raketlərinin ən müasir sistemlərinin Tayvana verilməsi isə aydın şəkildə göstərir ki, bu, adanın müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. Çünki “Patriot” sistemləri həm hava hücumundan müdafiə imkanlarına, həm də hədəflərə zərbə endirmək gücünə malikdir. Eyni zamanda, bu raketlərin orta mənzilli variantları təxminən 4000 kilometrə qədər məsafədəki hədəfləri vura bilir. Ən son məlumatlara görə isə, “Patriot” sistemlərinin ən yeni nəsli 5500 kilometrdən uzaq hədəfləri belə dəqiq şəkildə məhv edə bilir. Təbii ki, Tayvanın belə güclü silahlara sahib olması onun Çinə qarşı hərbi dirəniş qabiliyyətini daha da artıracaq və Çinin Tayvana qarşı potensial hərbi təzyiqlərini müəyyən qədər gecikdirə bilər. Tayvanın müasir Amerika silahları ilə təchiz olunması, şübhəsiz ki, adanın müdafiəsinin gücləndirilməsi üçün yeni və ciddi imkanlar açır".

 

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər