00:00:00
Yazar
Admin User
24.09.2025 06:09 68 1 dəq oxuma
Dünya

Tayvanda "Raqasa" tayfunu nəticəsində azı 14 nəfər həlak olub

Tayvanda "Raqasa" tayfunu nəticəsində azı 14 nəfər həlak olub

Tayvanın şərqində "Raqasa" adlı supertayfun nəticəsində dağ gölünün daşması səbəbindən azı 14 nəfər həlak olub, 18 nəfər yaralanıb, 100-dən çox insan isə itkin düşüb.

 

"İnformator.az" "Focus Taiwan"a istinadən xəbər verir ki, çərşənbə axşamı Tayvanın Hualyen bölgəsində əvvəlki sürüşmələr nəticəsində yaranmış göldəki bəndin dağılması nəticəsində su axını yaxınlıqdakı Quanfu qəsəbəsinə yönəlib, körpünü dağıdıb və yaşayış məntəqəsini su basıb.

 

Əvvəlcə yerli hakimiyyət nümayəndəsi AFP-yə bildirib ki, xilasedicilər 30 itkin şəxsi axtarır. Daha sonra Milli Yanğın Təhlükəsizliyi Agentliyi itkin düşənlərin sayının 124 nəfər olduğunu açıqlayıb.

 

Tayvanın müxtəlif bölgələrində "Raqasa" tayfunu səbəbindən minlərlə insan təxliyə edilib.

 

Honq-Konq Beynəlxalq Hava Limanı çərşənbə axşamı günündən cümə axşamına qədər uçuşları dayandırıb. Yerli "Cathay Pacific" aviaşirkəti 500-dən çox reysi ləğv etməyə məcbur olub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər