Tbilisidə Seçki Qərargahının qarşısında etiraz aksiyası
Gürcüstanın paytaxtı Tbilisidə Kaxa Kaladzenin seçki qərargahının açılışı etiraz aksiyası ilə müşayiət olunub. Toplaşan vətəndaşlar “Qullar, qullar!” şüarları səsləndirərək eyni ifadəni şəxsən Kaladzenin ünvanına da yönəldiblər. Tədbirdə iştirak edən Baş nazir İrakli Kobaxidze də etirazçıların hayqırtıları ilə qarşılanıb.
Hadisə yerinə cəlb olunan patrul polisi ərazidə kordon yaradaraq aksiya iştirakçılarının qərargaha yaxınlaşmasının qarşısını alıb.
Gərginlik, bir gün əvvəl eyni ünvanda qeydə alınan başqa insidentdən sonra baş verib. Həmin vaxt vətəndaşlarla hakim “Gürcü Arzusu” partiyasının deputatı Beka Odişaria arasında sərt mübahisə yaranıb, qarşılıqlı təhqiramiz ifadələr, eləcə də deputatın səhhəti ilə bağlı xoşagəlməz sözlər səsləndirilib.
Bu son hadisə Gürcüstanda seçki prosesinə dair ictimai narazılığın artdığını bir daha nümayiş etdirir.
ANEWZ
Güllər Gülhüseynova