00:00:00
Yazar
Admin User
09.10.2025 08:49 116 1 dəq oxuma
Siyasət

Tbilisidən sərt ittihamlar

Tbilisidən sərt ittihamlar

“Gürcüstan hakimiyyəti bəzi Qərb ölkələrinin səfirlərinin ölkədən çıxarılmasından çəkinir, baxmayaraq ki, onların hərəkətləri ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirilir”.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, Gürcüstan hakimiyyətinin keçen il parlament seçkilərindən sonrakı addımları onun avrointeqrasiyasına çox ciddi təsirlər edib:

 

“Avropa İttifaqı Gürcüstanın statusunu xeyli dərəcədə məhdudlaşdırıb və belə bir fikir var ki, Gürcüstandakı proseslərə ciddi şəkildə müdaxilə edir. Bu gün Gürcüstan hakimiyyəti daha çox Rusiyadan asılıdır. Ona görə də yeni bələdiyyə seçkiləri bu gümanı bir qədər də qatılaşdırıb. Fərqli bir mövzular ortaya qoymayıb. Avropa ölkəli bu qənaətdədir ki, Gürcüstanda hakimiyyətdə olanlar rusa meyillidirlər. Gürcüstan hakimiyyəti Avropa ölkələrinin səfirlərini Gürcüstanda işlərinə qarışmaqda ittiham edir. Avropa ölkələri indiki hakimiyyətlə tezliklə, asanlıqla barışmayacaqlar, amma xalqın etirazları orda bir nəticə vermir, onlar xalqın etirazları üzərindən hakimiyyəti zəiflətmək, dəyişmək və yaxud da nələrəsə məcbur etməyə çalışırlar. Hakimiyyət isə hələlik çox sərt şəkildə bu etirazları dağıdır, müxalifət liderlərini həbs edir. Yəni beləliklə orda həll olunmayan məsələ var. Buna müxalifətin gücü çatmır. Avropa ilə isə anlaşıla bilmir”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər