00:00:00
Yazar
Admin User
29.08.2025 16:45 88 1 dəq oxuma
Dünya

TBMM-də Qəzza ilə bağlı təzkirə ittifaqla qəbul edilib

TBMM-də Qəzza ilə bağlı təzkirə ittifaqla qəbul edilib

TBMM Sədri Kurtulmuşun imzasını daşıyan, İsrailin Qəzzadakı işğalını genişləndirmə qərarı və Fələstin xalqına qarşı törətdiyi soyqırımla bağlı təzkirə TBMM Baş Assambleyasında qəbul edilib.


TBMM Baş Assambleyasında “İsrailin Qəzzadakı işğalını genişləndirmə qərarı və Fələstin xalqına qarşı törətdiyi soyqırım”la bağlı “Məclis Sədrliyinin Təzkirəsi” yekdilliklə qəbul edilib.


Türkiyə Böyük Millət Məclisinin Sədri Numan Kurtulmuşun imzasını daşıyan təzkirədə aşağıdakı ifadələrə yer verilib:


“İsrail on illərdir Fələstin xalqına qarşı həyata keçirdiyi işğal, məhv etmə və ilhaq siyasətlərini son iki ildə, xüsusilə Qəzzada soyqırıma çevirib.


İsrailin davam etdirdiyi soyqırım, qıtlıq və aclıq siyasəti on minlərlə insanın həyatına son qoymuşdur. Soyqırımçı Netanyahu hökumətinin Qəzza xalqını bilərəkdən aclıq və qıtlığa məhkum etdiyi BMT və digər beynəlxalq qurumlar tərəfindən də bildirilib.


Qəzzaya işğal əməliyyatını genişləndirmə qərarı alaraq qətliam və zülmünü davam etdirən İsrail, son iki ildə böyük əksəriyyəti qadın və uşaq olmaqla 70 minə yaxın insanı öldürmüş, 150 mindən çox insanı yaralamış, bölgənin mülki infrastrukturunu məhv edib”.


TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər