00:00:00
Yazar
Admin User
16.09.2025 15:50 96 1 dəq oxuma
Dünya

TBMM sədri Numan Kurtulmuş: “Gec-tez Fələstin qalib gələcək”

TBMM sədri Numan Kurtulmuş: “Gec-tez Fələstin qalib gələcək”

 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Məclis Fəxri Salonunda “KKTC-dən gələn muxtarlar üçün qəbul proqramı”nda çıxış edib. Tədbirdə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya, Şimali Kipr Türk Respublikasının (ŞKTC) daxili işlər naziri Dursun Oğuz və muxtarlar iştirak ediblər.

 

Kurtulmuş çıxışında Türkiyə-KKTC əlaqələrinin tarixi əhəmiyyətini vurğulayıb, 1974-cü il Kipr Sülh Əməliyyatını və bu yolda fədakarlıq göstərmiş qəhrəmanları yad edib. O, son illərdə həyata keçirilən layihələrlə KKTC-nin inkişafının və güclənməsinin ön plana çıxdığını bildirib.

 

TBMM sədri həmçinin İsrailin Qəzzadakı hücumlarına toxunaraq, bölgədəki zorakılıqlara qlobal ictimaiyyətin münasibətini diqqətə çatdırıb. Onun sözlərinə görə, Qəzzada məzlumların mübarizəsi nəticəsində “ən sonda qalib gələcək tərəf Fələstin olacaq”.

 

Kurtulmuş əlavə edib ki, bölgədəki gərginlik yalnız Fələstinlə məhdudlaşmır və siyonist siyasətlərin daha geniş təsirləri var. O, Kipr türklərinin hüquqlarının qorunması, milli kimliyin müdafiəsi və iki dövlətli həll prinsipinin vacibliyini vurğulayıb.

 

CNN Türk

Türkan Kərimli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər